YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 14 milyon tonadək neft nəql edilib

Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 13 milyon 931,4 min ton neft nəql olunub. Nəqletmənin 78,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 10 milyon 880,1 min ton neft ötürülüb. Bu ilin ilk dörd ayında BTC ilə 2 milyon 118,1 min ton tranzit neft də nəql edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.