YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leonid Qusev: Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmayacaq

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmayacaq.

Bunu Trend-ə Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutu Analitika mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Leonid Qusev deyib.

Onun sözlərinə görə, ölkələr iqtisadiyyat, siyasət və mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edir.

Ekspert qeyd edib ki, tərəflər bu sahələrdə əməkdaşlığı davam etdirəcəklər: “Fikrimcə, razılığa gəlmək və təşkilatın fəaliyyətini davam etdirmək olar. Bu məsələ ali səviyyədə həll olunmalıdır".