YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın milli bayramı – Respublika Günü Misirdə qeyd edilib

Azərbaycanın milli bayramı - 28 may Respublika Günü münasibətilə ölkəmizin Misirdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

Misirin və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra səfir Tural Rzayev Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu, xalqımızın hər il bu milli bayramı təntənəli şəkildə qeyd etdiyini bildirib. Səfir bu il Misir-Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladıb, ötən illər ərzində iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini vurğulayan səfir ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd edib.

Misirin gənclər və idman naziri Xalid Əbdüləziz səfirlə söhbəti zamanı Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, misirli idmançıların bu Oyunlarda 10-dan çox medal qazandığını vurğulayıb. O, yüksək təşkilatçılığa görə dövlətimizin başçısına təşəkkür edib. Nazir Misirin KİV-lərinə müsahibə verərək Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini etməsi barədə fikirlərini bölüşüb, bu Oyunların İslam ölkələri arasında həmrəyliyi gücləndirəcəyini bildirib.

Qəbul zamanı Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını və son illərdə ölkəmizdə əldə olunmuş nailiyyətləri, həmçinin Azərbaycan-Misir əlaqələrini əks etdirən videoçarxlar nümayiş etdirilib və kitab sərgisi təşkil olunub.

Tədbirdə Misir rəsmiləri, deputatlar, Qəlyubiyyə və Cənubi Sinay yarımadası qubernatorlarının, Ərəb Dövlətləri Liqasının nümayəndələri, səfirlər, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər, iş adamları və həmvətənlərimiz iştirak ediblər.