YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: Azərbaycan hər kəsdə sülh və əminamanlıq diyarı kimi böyük təəssürat yaradır

«IV İslam Həmrəyliyi Oyunları səviyyəsində keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzlu dövlət olmasının əyani göstəricisidir». Bu fikri Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki, belə möhtəşəm tədbirdə iştirak edən xarici qonaqlar ölkəmizin inkişafı ilə yaxından tanış olurlar. Onun sözlərinə görə, Azərbaycan hər kəsdə sülh və əminamanlıq diyarı kimi böyük təəssürat yaradır.

«Oyunlar çərçivəsində ölkəmizə xeyli sayda turistlər gəlib. Bu fakt, bir daha Azərbaycanın tanıtımı deməkdir. Azərbaycan hər zaman dünyaya açıq dövlət olduğu üçün turistlərin axını da son illər artmaqdadır. Bu gün Azərbaycan regionun lider dövləti kimi proseslərdə fəal iştirak edir. Eləcə də, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmiz öz sülhsevər, dostluq təşəbbüslərini nümayiş etdirir»- deyə, deputat qeyd edib.