YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat Nazirliyi: Bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib

«Bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib». Bu fikri İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib.

A.Vəliməmmədov bildirib ki, həmin layihələrin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, layihələrin reallaşdırılması 900-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

«Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə də bir sıra layihələr həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat  kredit verilib»- deyə, A.Vəliməmmədov vurğulayıb.