YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru: ÜAK ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin mühüm məsələlərini həll edir

Rusiya ilə Azərbaycan arasında dostluq çox vacib məsələdir və bu dostluq Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) kimi ictimai təşkilat şəklində dəstəklənməlidir. ÜAK Rusiya ərazisində ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin mühüm məsələlərini həll edir.

Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Nataliya Krasovskaya bu fikirləri RF Ali Məhkəməsinin qərarına əsasən ÜAK-ın qeydiyyatının ləğv olunmasını şərh edərək söyləyib.

Onun sözlərinə görə, hələ bu təşkilatın lisenziyasını bərpa etməyə imkan var. N.Krasovskaya deyib: “İndi çox mürəkkəb vəziyyət yaranıb. Təbii ki, bu məsələ RF hüquq məkanında həll edilməlidir. Hələ apelyasiya məhkəməsinə müraciət etmək mümkündür. Keyfiyyətli, savadlı apellyasiya hazırlamaq və ali instansiyanın müsbət qərarını almağa çalışmaq lazımdır”.