YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Argentina Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşuna maraq göstərir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin mart ayında Argentinaya işgüzar səfəri zamanı uğurlu və səmərəli nəticələrin əldə edildiyini vurğulayan nazir Əli Abbasov “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin gələcək əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini bildirmişdir.

Qeyd edilmişdir ki, Argentina tərəfi peyk sənayesi, nüvə texnologiyaları, Argentina-Azərbaycan birgə müəssisələrinin təsis edilməsi, biotexnologiyalar üzrə araşdırmaların aparılması istiqamətləri üzrə ölkəmiz ilə birgə fəaliyyət və əməkdaşlığın gücləndirilməsi niyyətindədir.
Ölkəsinin Azərbaycanın yeni peyk layihələrinə göstərdiyi maraqdan söz açan səfir Karlos Dante Riva bildirmişdir ki, Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkəti növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə öz təklifləri ilə iştirak etməyi planlaşdırır. Diplomat ölkəsinin Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşunun həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.

Səfir Argentina federal planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri Xulio de Vidonun ölkəmizə gözlənilən rəsmi səfəri çərçivəsində birinci Azərbaycan-Argentina yüksək texnologiyalar forumunun keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.