YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə faliyyətinə uyğun bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır

««Peşə təhsili haqqında» qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiya yaradılıb. Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan  bir neçə ölkənin   qanunvericiliyi öyrənilib. Bundan başqa mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə  istinad etməklə, qanun layihəsinin ilkin variantı artıq hazırdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, qanun layihəsi peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsilinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsində göstərilən  strateji məqsədlər və hədəflər də qanunvericiliyə uyğun olaraq öz əksini tapacaq. Onun sözlərinə görə, peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə faliyyətinə uyğun peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır.

«Peşə təhsilinin əsas mərhələsi isə lazımi iş təcrübəsinin qazanılması məqsədilə aparılan təlim və təhsildir. Ona görə də, yeniyetmə və gənclərə peşə sirrlərini məhz   təcrübü sahədə öyrətmək lazımdır. Nəzəri biliklər həyata keçməyəndə unudulur. Mövcud peşə təhsili müəssislərində isə maddi texniki baza zəifdir və yenidən qurulmasına ehtiyac vardır. Gələcəkdə özəl sektor və bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini əlaqələndirməklə  mühüm müsbət nəticələr əldə etmək olar. Digər tərəfdən, bizdə nəzəri bilikləri aşılayan vəsaitlər, çap materialları da azdır. Bu sahədə hazırlanmış müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin hazırlanması vacib məqamlardan biridir.  Sonda onu deyim ki, bu sahənin inkişafı üçün prioritetlər müəyyən olunub, dövlət dəstəyi yüksək səviyyədədəir, deməli yaxın gələcəkdə təhsilin bu səviyyəsi üzrə yüksək nəaliyyətlər olacaq»- deyə, deputat qeyd edib.