YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: IV İslam Həmrəyliyi Oyunları həqiqətən də müsəlman ölkələr arasında birlik və həmrəylik tədbiri kimi tarixdə qalacaq

«IV İslam Həmrəyliyi Oyunları həqiqətən də müsəlman ölkələr arasında birlik və həmrəylik tədbiri kimi tarixdə qalacaq». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev hər zaman müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin zəruriliyini vurğulayır. Onun sözlərinə görə, Yaxın Şərqdə qarşıdurmalar, qanlı toqquşmaların aradan qaldırılması üçün bu həmrəylik çox zəruridir.

«Dünyada müəyyən güclər müsəlman dövlətlərinə qarşı siyasət həyata keçirir. Bu siyasətin kökündə məhz milli dövlətləri parçalamaq, onları mümkün qədər zəiflətmək dayanır. Beynəlxalq güclər müsəlman ölkələrinin inkişafını, güclənməsini istəmirlər. Ona görə də, qanlı toqquşmalar yaradaraq onları daxilən zəiflədir, təbii sərvətlərini talayırlar. Məhz belə halların qarşısını almaq üçün müsəlman ölkələri həmrəyliyi gücləndirməlidirlər. Bu baxımdan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Onun çağırışları həm müsəlman ölkələri, həm də bütövlükdə dünya üçün bir mesajdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.