YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: Qarşıdakı 20 ildə ÜDM-də 57 milyard dollarlıq artım gözlənilir

Gələcək 20 ildə Azərbaycanda ümumi daxili məhsulun həcmində 57 milyard dollarlıq artım gözlənilir.

Bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sentyabr ayında İqtisadiyyat Nazirliyi, Bakı Limanı və “DP World” şirkətlər qrupu arasında imzalanmış müqaviləyə əsasən hazırda 3 istiqamətdə təqdimat aparılır. “Birincisi Azad Ticarət Zonasının (ATZ) tənzimlənən hüquqi rejimindən söhbət gedir. Bununla bağlı vahid qanun layihəsi hazırlanıb. İkincisi bu zonanın texniki əsaslandırılmasıdır ki, burada ATZ-nin Azərbaycan iqtisadiyyatı üçün verəcəyi töhfələrin nələrdən ibarət olacağı bildirilir. Üçüncüsü isə Baş Plandır. Bu da inkişaf modelinin necə olmasını, 5-10 il sonra hansı istiqamətlərdə genişlənmə olacağını göstərir. Hər üç istiqamətdə dövlət qurumlarının təmsilçiləri müzakirələr aparır”, - deyə liman rəhbəri bildirib.

T.Ziyadov qeyd edib ki, qarşıdaki 20 il üçün nəzərdə tutulan proqnozlara əsasən ÜDM-də 57 milyard dollarlıq bir artım nəzərdə tutulub. ATZ hüquqi rejim qəbul olunduqdan sonra parlaq gələcəyi olan bir layihədir. Bir sözlə, Yeni Bakı Limanı və Azad Ticarət Zonası “Şimal-Cənub” və “Şərq-Qərb” Nəqliyyat Dəhlizlərini daha inkişaf etmiş bir mərhələyə gətirib çıxaracaq.