YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliya İttifaqının General-qubernatoru: Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir

Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqrouv Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə təbrik ünvanladı

Təbrikdə deyilir: “Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq istəyirəm.

Bu il Avstraliya və Azərbaycan ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək. Ölkələrimiz arasında ikitərəfli mehriban münasibətlər mövcuddur, Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir”.

Təbrikdə daha sonra deyilir: “Avstraliya Böyük Sədd Rifinin qorunub saxlanması məsələsində Azərbaycan ilə UNESCO-nun Dünya İrs Komitəsində yaxından əməkdaşlığına ümid edir. Mən, həmçinin millətlər arasında qarşılıqlı anlaşmanın və etnik-mədəni müxtəlifliyin dəstəklənməsi üçün mühüm platforma rolunu oynayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fəaliyyətinizi təqdir edirəm.

Biz Avstraliyanın BMT-nin İnsan Hüquqları Şurasının 2018-2020-ci illər üçün üzvlüyünə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənəcəyinə ümid edirik. Avstraliya əvvəllər heç zaman İnsan Hüquqları Şurasında təmsil olunmayıb. Ölkəmiz bu quruma üzv seçiləcəyi təqdirdə, tərəfimizdən Şuranın fəaliyyətinə nadir baxış, eləcə də praqmatik və məşvərətçi yanaşma gətiriləcək.

Zati-aliləri, icazə verin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının davam edəcəyinə əminliyimi ifadə edim”.