YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevə təbrikindən: Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib və bir çox dövlətlər üçün örnəkdir. Əminəm ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi üçün bizim birgə səylərimiz bundan sonra da qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”. Bu sətirlər Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubunda yer almışdır.

DİGƏR Xəbərlər Arxiv