YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini və rolunu daim yüksək qiymətləndirir

«Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini və rolunu daim yüksək qiymətləndirir. Xalq Cümhuriyyətini yaradan ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, 23 ay yaşamasına baxmayaraq AXC-nin tariximizdə xüsusi yeri  var. Onun sözlərinə görə, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.

«Ona görə də, biz öz dövlətçilik tariximizlə qürur duyuruq. Qadınlara kişilərlə bərabər hüquqları ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti verib. Bütün qonşu dövlətlərə dostluq siyasətini biz elan elədik. Cümhuriyyət Azərbaycanda mənsəbindən, dinindən asılı olmayaraq bütün xalqlara bütün azadlıqları verdi. Təəssüf ki, cümhuriyət qısa zamanda süqut etdi. Amma ötən əsrin sonlarında müstəqilliymiz bərpa olunandan sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyini təmin etdi. Məhz Ulu öndərimizin qərarları ilə cümhuriyyət tarixi geniş şəkildə araşdırıldı. AMEA-nın Tarix İnstitutu tərəfindən bu istiqamətdə xeyli elmi əsərlər yazılıb. Bu gün Prezident İlham Əliyev AXC-nin irsinin daha da dərindən öyrənilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verir. Bütün bunlar onu göstərir ki, xalqımız hər zaman cümhuriyyətimizi və onun yaradıcıları böyük ehtiramla yad edəcək»- deyə, Y.Mahmudov vurğulayıb.