YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: 28 May – Respublika Günü xalqımızın ən əlamətdar bayramları sırasında yer tutur

«28 May – Respublika Günü xalqımızın ən əlamətdar bayramları sırasında yer tutur». Bu fikri AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, çümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Onun sözlərinə görə, müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi.

«Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin “Dan Ulduzu” oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən  xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən  yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan  ötrü  İrkutskdakı konsulluğa müraciət etmişdilər. Onu da deyim ki, Cümhuriyyətin elan edilməsi təsadüfi olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə  Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Bütün bunların sonu isə Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələndi»- deyə, M.Qasımlı vurğulayıb.