YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl Alper Coşqun: Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi gözlənilən idi

"Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində səs çoxluğu ilə qalib gələn ölkənin keçmiş Baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsi ənənəvi prosesdir". Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. /Trend/

Diplomat bildirib: "Səfərin tarixinə gəlincə, hələlik dəqiq məlumat yoxdur. Çünki Ərdoğanın prezidentliyi hələ rəsmiləşməyib. Lakin ənənələrə sadiq qalaraq, Ərdoğan açıqlamasınsa ilk səfərini Azərbaycana edəcəyini bəyan edib".

Baş tutacaq səfərdə hansı məsələlərin müzakirəsinə gəlincə, səfir əlavə edib ki, iki ölkə arasında münasibətlər yüksək xətlə inkişaf edir: "İlk səfərin məhz Azərbaycana olmasında məqsəd də inkişaf edən münasibətləri daha da irəlilətməkdir. Qeyd etməliyəm ki, bir çox vacib layihələri həyata keçiririk. Misal olaraq, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası başda olmaqla, işlərimizi davam etdiririk. Təmas xəttində son günlərdə yaşanan gərginliklər də əsas müzakirə mövzularından biri ola bilər".