YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Avqustun 15-də Azərbaycan Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə DSX-nin bir qrup əməkdaşının ali xüsusi rütbələr, fəxri adlar, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə general-polkovnik hərbi rütbəsi verilib.
Dövlətimizin başçısının digər sərəncamları ilə iki nəfər general-leytenant ali hərbi rütbələri, bir nəfər “Əməkdar Mühəndis”, bir nəfər “Əməkdar hüquqşünas” fəxri adları, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 11 nəfər “Vətən uğrunda”, 3 nəfər “İgidliyə görə”, 28 nəfər “Hərbi xidmətlərə görə”, 2 nəfərə isə “Tərəqqi” medalları ilə təltif ediliblər.