YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Kosta-Rikaya yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rikaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikası Hökuməti və Kosta-Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdə olub.