YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gədəbəy rayon təşkilatının X konfransı keçirilib

YAP Gədəbəy rayon təşkilatının X konfransı keçirilib.

Konfransda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin hesabat məruzəsi dinlənilib. Rüstəm Nağıyev sıralarında 5965 nəfərdən çox partiya üzvünü birləşdirən YAP Gədəbəy rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatını əhatə edir.

Konfransda, həmçinin nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənilib.

Müzakirələrdə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Mirkazım Kazımov,  YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin üzvü Naqif Həmzəyev,  Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov çıxış etdilər. Natiqlər öz çıxışlarında rayon təşkilatının hesabat məruzələrini qənaətbəxş hesab ediblər.

Konfransda təşkilati məsələlərə baxılıb. Nağıyev Rüstəm Vaqif oğlu yenidən YAP Gədəbəy  rayon təşkilatının sədri seçildi.