YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan indiyədək AÇG-dən 240 milyon tonadək mənfəət nefti əldə edib

Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2017-ci il iyun ayının 1-dək dünya bazarında Azərbaycanın payına düşən 240 milyon ton mənfəət nefti satılıb.

Bunu iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə qeyd edib ki, mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni, 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub.