YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqor Seçin: Neft hasilatının azaldılması sazişinə qoşulmayan ölkələr öz bazar paylarını artırmağa çalışırlar

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair sazişinə qoşulmayan bəzi mühüm neft istehsalçısı ölkələr öz bazar paylarını artırmağa çalışırlar.

Bunu Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin idarə heyətinin sədri İqor Seçin deyib. İ.Seçin qeyd edib ki, həmin neft istehsalçısı ölkələr sabit bazar yerinə nizamsız bir bazar yarada bilərlər.

“Rosneft” şirkətinin idarə heyətinin sədri bildirib ki, OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması sazişi neft bazarında yenidən canlanma yaradıb. Sazişə ən böyük töhfəni isə Rusiya və Səudiyyə Ərəbistanı verib.

O, ABŞ-da neft hasilatının son 21 ayın maksimumuna çatdığını deyərək bu çərçivədə OPEC sazişinin uzun perspektivdə neft bazarında sabitlik yaradacağını düşünmək yanlış olacağını bildirib: “Sazişin uğurlu olması üçün bütün istehsalçı ölkələr burada iştirak etməlidir”.