YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda İƏT ölkələrinin prokurorluq və korrupsiya ilə mübarizə qurumları rəhbərlərinin 3-cü görüşü keçirilir

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdirilmiş korrupsiyaya qarşi mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının 3-cü görüşü bu gün Bakıda öz işinə başlayıb.

Tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan,Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, Ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibinin müavinindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər.

Görüş çərçivəsində iştirakçılar iyunun 6-da Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibinin müavini Ələvi Səbzivaritədbiriaçıq elan etmişlər.Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovdövlətimizin başçısı cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini diqqətə çatdırmışdır.