YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır.

Bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: "Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan “ASAN xidmət” modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.