YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urxan Ələkbərov: Azərbaycan qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub

«Azərbaycan Respublikası qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bütün bu uğurların təməlində isə heç şübhəsiz Ulu öndər Heydər Əliyevin ideyaları bərqərar olub». Bu fikirləri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov deyib.

U.Ələkbərov bildirib ki, müstəqillik illərində Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarəedilməsi sahəsində qazanılmış nəticələr postsovet ölkələri, o cümlədən, indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yüksək göstəricidir. Onun sözlərinə görə, Dünya Bankının 2017-cı ilin fevral ayında dərc olunan məlumatlarından göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycandakından daha çox enerji sərf edilir.

«Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident cənab İlham Əliyev tərəfindən gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. ÜDM-nin istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Davamlı inkişafın bu tələbinin ödənilməsində Azərbaycanın dövlət siyasətinin uğuru həmçinin bu sahədə Xəzəryanı ölkələrdəki durumun müqayisəli təhlili ilə də təsdiqlənir. Təhlil nəticələrindən bəlli olur ki, Dünya Bankının məlumatlarına əsasən 2001-ci illə müqayisədə Azərbaycan Respublikasında enerji istifadəsi səmərəliliyinin artımı 329 faiz təşkil edib ki, bu olduqca yüksək göstəricidir. Digər region ölkələrində dəyişikliklər ya çox gözəçarpan deyil, ya da ümumiyyətlə yoxdur. Azərbaycandan sonra ən yüksək göstərici Türkmənistanda qeydə alınıb. Dünya Bankının hesabatlarına əsasən, Türkmənistanda enerji istifadəsi səmərəliliyi göstərilən zaman kəsiyində 169 faiz artıb. Buna baxmayaraq, Azərbaycanda enerji istifadəsi səmərəliliyi region ölkələri ilə müqayisədə bir neçə dəfə yüksəkdir»- deyə, akademik vurğulayıb.