YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir

Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov  bildirib ki, nazirlərin görüşü regional təhlükəsizliyin müzakirəsi baxımından mühümdür. Onun sözlərinə görə, xüsusilə Azərbaycanla Türkiyə arasında bu tipli müzakirələr aparılır.

«Bu cür görüşlər  çox vacib məsələdir. Birgə layihələr türkdilli dövlətlərin bölgədə nüfuzunun daha da artmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu tipli əməkdaşlıq ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə daha güclü təsir edə bilər»- deyə, N.Cəfərov qeyd edib.