YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclası işini davam etdirir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası iyunun 7-də işini “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq və regional əməkdaşlıq mexanizmləri” mövzusunda ikinci plenar iclas ilə davam etdirir.

İclasa sədrlik edən İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac yüksək səviyyədə təşkil olunan bu mühüm tədbirin ikinci günündə də səmərəli müzakirələrin aparılacağını bildirib.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, müsbət təcrübənin tətbiqinə daim diqqət yetirir. Son 15 il ərzində ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib. Bu dövr dörd mərhələdən ibarətdir.

2004-2007-ci illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazası formalaşdırılıb, 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Bu dövrdə, həmçinin institusional islahatlar aparılıb, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir.

Bildirilib ki, 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilib, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyəti təkmilləşdirilib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub, geniş maarifləndirmə işi aparılıb.