YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb

«Son 5 ildə Azərbaycanın enerji gücü 30 faiz yenilənib». Bu fikri energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, Azərbaycan  öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir. Onun sözlərinə görə, enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir.

«Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv