YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov Cenevrədə əfqanıstanlı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində S.Müslümov Əfqanıstan İslam Respublikasının əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.

Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.