YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını bir ölkədir

“Azərbaycan tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını bir ölkədir”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macid ilə görüşündə səsləndirib.

Komitə sədri multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini qeyd edib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Madiha Macid burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını vurğulayıb. Sənədli film barədə məlumat verən qonaq filmdə Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların əksini tapacağını diqqətə çatdırıb.

Pakistanlı qonaq çəkilişləri Bakıda və bölgələrdə baş tutacaq sənədli filmdə dünyada ilk dəfə olaraq məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar etdiyi vəhdət namazı ilə bağlı informasiyanın da yer alacağını deyib.

Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim olunub.