YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunun 13-də Aİ və Azərbaycan yeni saziş üzrə danışıqların növbəti mərhələsinə başlayacaq

Avropa İttifaqı  ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi iyunun 13-14-də Bakıda keçiriləcək.

Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard qeyd edib: "Biz bu məsələ ilə bağlı daim danışıqlar aparırıq. Artıq gələn həftə iki nümayəndə heyəti danışıqlar üçün səfər edəcək".