YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Şərq tərəfdaşlığı sammitində Ermənistanın terrorçu prezidentinin çıxışı onun cılızlığını bir daha sübuta yetirib

«Prezident İlham Əliyev öz mövqeyi ilə bir daha bütün dünyaya bəyan etdi ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir və bu iki dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Şərq tərəfdaşlığı sammitində Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı onun cılızlığını, səviyyəsizliyini bir daha sübuta yetirib. Çünki Sarkisyan beynəlxalq tədbirdə iştirak etməyən bir dövlətin arxasınca danışıb.

«Ermənilər öz məkrli niyyətlərini reallaşdırmaqdan ötrü daim insanlıq amilini arxa plana atırlar. Onlar nə soyqırımı iddiasından, nə Türkiyəyə qarşı ərazi iddiasından geri çəkilmək niyyətində deyillər. Ona görə də başda Sarkisyan olmaqla, onların cavabı verilməsə, burunları əzilməsə, yerində otuzdurulmasa, ermənilər heç Azərbaycan torpaqlarını da işğaldan azad etmək fikrində olmazlar»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv