YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycanın xilası və qurtuluşu məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

«15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixində dönüş nöqtəsidir. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən, xaos və anarxiyadan, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas olub». Bu fikirləri «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, müstəqil Azərbaycanın xilası və qurtuluşu məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyun ayında ölkədə böhran acınacaqlı həddə çatmışdı. Məhz tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikası parlamentinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

«Ümummilli lider uzaqgörən və müdrik siyasəti ilə xalqımızı, dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi, inkişaf yoluna çıxardı. Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərpa olundu, demokratik və hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. Ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, ölkəmiz dünya birliyinin layiqli üzvünə çevrilib»- deyə, B.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv