YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: "Şərq tərəfdaşlığı" Proqramı Aİ arasındakı ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırılmalıdır

«Avropa İttifaqının mütərəqqi layihələrindən biri də "Şərq tərəfdaşlığı" Proqramıdır ki, bu proqram bir sıra ölkələrin Avropaya inteqrasiyasını gücləndirməlidir. Eyni zamanda, bu ölkələrlə Aİ arasındakı ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırılmalıdır». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini  Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, burada Polşa, Moldova, Çexiya və Gürcüstan prezidentləri ilə görüşərək ikitərəfli maraq kəsb edən məsələləri müzakirə etməsi, Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirən addımlardan biridir.

«Eyni zamanda, səfər çərçivəsində baş tutan görüşlər bu ölkələrlə münasibətlərimizi daha da yaxınlaşdıracaq və yüksək səviyyə qaldıracaq. Azərbaycan Prezidenti Çexiya prezidenti ilə görüşündə ölkələrimiz arasında elmi, mədəni, təhsil, səhiyyə, energetika, sənaye və digər sahələrdə əlaqələrimizin daha da genişlənməsini, ölkələrimizin bir-birinə dost ölkə kimi daha da sıx münasibətlər qurumasının vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa, Moldova, Gürcüstan prezidentləri arasında keçirilən görüşlərdə də ölkələrimiz arasındakı əlaqələrin daha da sıxlaşdırılması, səmimi dost münasibətlərin gücləndirilməsi istiqamətində danışıqlar olub. Bu ölkələrin Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlı olmalarının əsas səbəblərindən biri də dövlətimizin beynəlxalq imicinin artması, dünya ölkələrinin Azərbaycan xüsusi münasibət bəsləməsidir»-deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv