YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Məcburi köçkünlər həyat şəraitinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir

«Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir.  Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir». Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. 

«Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün ölkənin müxtəlif şəhər və rayonlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində o mövqedən çıxış edir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmalı və zəbt olunan bütün torpaqlar geri qaytarılmalıdır. Hələlik ölkəmiz xoş məram nümayiş etdirərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda fəal iştirak edir. Ancaq danışıqlar sonsuzluğadək davam edə bilməz. Danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacaq. Məcburi köçkünlər üçün ən rahat mənzillər də işğaldan azad edilən ərazilərdə tikiləcək. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması buna sübutdur»- deyə, İ.İsmayılov qeyd edib.