YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkil edib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində ötən ilin aprel ayında erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində təxribatçı hərəkətlərinin qarşısını cəsarətlə və qətiyyətlə almış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti təşkil edilib. Məlumdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq YAP Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib. Məhz builki aksiya da bu qəbildən olan nümunələr sırasındadır.

Məlumat üçün bildirək ki, bəhs olunan aksiya çərçivəsində "Palıdlı sahil" istirahət mərkəzində istirahət edənlər sırasında  Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun valideynləri və qardaşından ibarət ailə üzvləri də var. Çingiz Qurbanovun atası Salman Qurbanov deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin müdafiəsi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, o cümlədən şəhid ailələrinə göstərilən  yüksək diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirən Salman Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.

Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş kapitan Nəcməddin Savalanovun qardaşı Pərviz Savalanov isə deyib ki, aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir. P.Savalanov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı Ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Onun sözlərinə görə, bu gün Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Eyni zamanda YAP-ın daim şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyən Pərviz Savalanov "belə bir xeyirxah aksiyaya görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq edirik" – deyə əlavə edib.

"Biz döyüşə atılarkən Milli Ordumuzun gücünə, eləcə də xalqımızın və dövlətimizin dəstəyinə güvənirdik". Bu fikirləri aprel döyüşləri zamanı Vətənin müdafiəsi uğrunda sağlamlığını itirmiş baş leytenant Azər Məmmədov deyib.  O qeyd edib ki, dövlətin  bu cür yüksək səviyyəli diqqət və qayğısı, dəstəyi hərbçilərimizi də qələbəyə ruhlandırıb. "Aprel döyüşləri zamanı düşmən Azərbaycan əsgərinin, Ordumuzun gücünü gördü. Mən Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. İndi dövlətimizin yüksək diqqət və qayğısı sayəsində mən ailəmlə birlikdə burada istirahət edirəm".

"Aprel döyüşlərində şəhid olan hərbçilərimiz Vətənin bütövlüyü uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Ordumuzun qüdrəti, Silahlı Qüvvələrimizin yüksək əhval-ruhiyyəsi deməyə əsas verir ki, biz tezliklə öz torpaqlarımızı işğaldan azad edəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu nəticəsində Silahlı Qüvvələrimizin qüdrəti daim artır. Azərbaycan xalqı öz Ordusuna böyük inam bəsləyir", - deyə o bildirib.

"Aprel döyüşlərindən sonra dövlətin yaralı əsgərlərimizə, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onu göstərdi ki, məhz bizim arxamızda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dayanır"”. Bu fikirləri isə erməni silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin qarşısını alarkən şəhid olmuş topçu əsgər Sərxan Bağırovun anası  Aytəkin Rzayeva deyib. Onun sözlərinə görə, döyüşlərdən sonra həm Prezident İlham Əliyev, həm də ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaralı döyüşçülərə baş çəkməsi, onların qayğıları və problemləri ilə maraqlanması bir daha onu sübut etdi ki, dövlətimiz hər zaman ordumuzun yanındadır: "Bu cür yüksək səviyyəli diqqət və qayğı şəhid ailələrində böyük ruh yüksəkliyinə səbəb olur, biz dövlətimizin bu cür qayğısını minnətdarlıq hissi ilə qarşılayırıq".

Aprel döyüşlərində şəhid olmuş Müşfiq Orucovun atası Arif Orucov da öz növbəsində belə bir xeyirxah aksiyanın təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq edərək bildirib ki, dövlətimizin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşması qürurvericidir.

Arif Orucov: Dövlətimizin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşması qürurvericidir

Salman Qurbanov: Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir 

Aytəkin Rzayeva: Bu cür yüksək səviyyəli diqqət və qayğı şəhid ailələrində böyük ruh yüksəkliyinə səbəb olur, biz dövlətimizin bu cür qayğısını minnətdarlıq hissi ilə qarşılayırıq

Pərviz Savalanov: Belə bir xeyirxah aksiyaya görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq edirik

Azər Məmmədov: Azərbaycan xalqı öz Ordusuna böyük inam bəsləyir