YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mətbuatı Prezident İlham Əliyevin Praqadakı çıxışını diqqətlə izləyir və yüksək dəyərləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı Türkiyə mətbuatı tərəfindən diqqətlə izlənmiş və yüksək dəyərləndirilmişdir. Dövlətimizin başçısının nitqindəki dəqiq faktlar və tutarlı məntiqi mülahizələr Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” na həsr etmiş Ermənistan prezidenti Serj Sarkisyanı bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etmişdir.

Qardaş ölkənin nüfuzlu “Sabah” qəzeti “Aliyev'den Ermenistan'a tokat gibi cevap” sərlövhəli məlumatı manşetinə çıxarmışdır (http://www.sabah.com.tr/Dunya/2014/04/25/aliyevden-ermenistana-tokat-gibi-cevap).

Azərbaycan dövlət başçısının çıxışındakı “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” ifadə ilə məlumatı davam etdirən qəzet İlham Əliyevin mövqeyini yüksək qardaşlıq nümunəsi kimi dəyərləndirmişdir.

Qəzetin dərc etdiyi materialda qeyd olunmuşdur ki, Ermənistanın işğalçı siyasətini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyev dünya birliyini təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etməyə səsləmiş, bütün tərəfləri beynəlxalq hüquq normalarına əməl etməyə çağırmışdır.