YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şirvan şəhərində səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.