YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib

İyunun 23-də Yeni Azərbaycan Partiyası Bərdə  rayon təşkilatının növbəti konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

YAP Bərdə  rayon təşkilatının sədri Fəqət Şadınskaya konfransı giriş sözü ilə açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

Fəqət Şadınskaya məruzəsində hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində YAP Bərdə  rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Daha sonra konfransda məruzə ətrafında çıxışlar olub. Çıxışçılar YAP Bərdə  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə  geniş nitq söyləmişdir.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev konfransda çıxış edərək YAP Bərdə  rayon təşkilatının böyük inkişaf yolu keçdiyini vurğulamişdır.

Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilmişdir. Rayon təşkilatının yeni tərkibdə Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Fəqət Şadınskaya yenidən YAP Bərdə  rayon təşkilatının sədri seçilib. 
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.