YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreya Respublikasına rəsmi səfər edəcək.

Səfər zamanı O.Əsədov ölkənin baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərin inkişaf perspektivləri, ikitərəfli əlaqələrin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.

O.Əsədovun müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər iyunun 28-də başa çatacaq.