YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlamentdə Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub

İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, qanun layihəsi Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi, elektron vizaların daha qısa müddətdə alınması məqsədilə hazırlanıb.

Qanun layihəsinin mövcud redaksiyası elektron vizanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunmasını nəzərdə tuturdusa, artıq yeni redaksiyada elektron viza məlumatlarını əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sərhədkeçmə sənədi ilə birgə, yəni şəxsiyyəti təsdiq edən istənilən sənədlə, məsələn, təkcə pasortla deyil, dənizçinin şəxsiyyət sənədi ilə də təqdim edə bilər. Qanun layihəsinə yeni 38.11-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Məcəllənin mövcud redaksiyasının 38.1-ci maddəsində qeyd edilir ki, elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Yeni təklif o anlama gəlir ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

DİGƏR Xəbərlər Arxiv