YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir

«Peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb.

«Bunun əsas məqsədi təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılmasıdır. Nəticədə peşə təhsili müəssisəsini bitirən hər bir məzun iş yerini daha asanlıqla, daha yüksək əmək haqqı ilə əldə etmək imkanına malik olur»- deyə, nazir vurğulayıb.