YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti Moldova Prezidenti və hakim Sosialistlər Partiyasının rəhbərliyi ilə görüşüb

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 30 iyun - 2 iyul tarixlərində Moldovada səfərdə olub.

 YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Moldova Respublikası Sosialistlər Partiyasının 20 illik yubiley mərasimində iştirak ediblər.

Mərasim zamanı YAP nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva partiyanın adından təbrik nitqi söyləyib.

Səfər çərçivəsində YAP nümayəndə heyəti Moldova Respublikasının Prezidenti İqor Dodon və Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb.

Görüşlər zamanı ölkələrimiz və partiyalar arasında əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.