YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: 2017-ci ilin dövlət büdcəsinə yenidən baxılması ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin göstəricisidir

«2017-ci ilin dövlət büdcəsinə yenidən baxılması və büdcənin həm gəlir, həm də xərc hissəsinin artırılması ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin göstəricisidir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, büdcəyə əlavə daxilolmalar əsasən sosial məsələlərin həllinə yönələcək. Onun sözlərinə görə, bu da Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir.

«Məlumdur ki, 2017-ci  ilin dövlət büdcəsinin xərc hissəsinin artırılması nəticəsində sosial mənzil tikintisinə, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə vəsaitlər yönəldiləcək. Həmçinin, hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün yönələn vəsaitlər daha da artırılacaq. Bütövlükdə, büdcə ayırmaları bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir. Dünyanı bir çox ölkələrində maliyyə-iqtisadi böhran vəziyyəti davam etsə də, Azərbaycan düzgün iqtisadi siyasət nəticəsində öz büdcəsini artırır. Təqdirəlayiq haldır ki, bu artımlar sosial məsələlərin həllinə yönəlir. Azərbaycanın bu təcrübəsi dünya ölkələri üçün nümunə ola bilər»- deyə, C.Osmanov qeyd edib.