YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Cəmiyyətimiz belə bir qanunu dəstəkləyir

“Milli Məclis  deputatının etik davranış qaydaları  haqqında”  qanun vacib sənəddir. Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, digər ölkələrin təcrübəsində də belə bir qanun var. Onun sözlərinə görə, bu qanun beynəlxalq təcrübəyə də uyğundur.

«Bu  qanun dünyanın əksər  ölkələrində  qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini  yüksək  qiymətləndirirəm. Belə bir sənədin qəbul olunması ölkə Konstitusiyasının tələbidir. Düşünürəm ki, bu qanunun aktuallığı cəmiyyətdə  özünü təsdiq edəcək. Sənəd ictimaiyyətdə, həm də parlamentdə geniş müzakirə olunuraq qəbul edilib. Bu isə o deməkdir ki, cəmiyyətimiz belə bir qanunu dəstəkləyir»- deyə, A.Abiyev vurğulayıb.