YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir

«1969-cu ilin 14 iyulunda Azərbaycanda hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda qısa müddət ərzində bütün sahələrdə inkişaf baş verdi. Onun sözlərinə görə, iqtisadiyyatda, elm və təhsildə, digər sahələrdə həyata keçirilən tədbirlər respublikamızı keçmiş ittifaq miqyasında ön sıralara çıxardı.

«Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasəti Prezidident İlham Əliyev tərəfindən uğurla davam etidirilir. Bunun nəticəsində Azərbaycan güclü dövlətə çevrilib. Biz bu gün öz dövlətimizlə qürur duyuruq»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.