YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir

İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu Hans Yoakim Kiderlen ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Komitə sədri Mübariz Qurbanlı həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb.

Azərbaycanın tolerant ölkə olduğunu, burada milli-mənəvi və dini dəyərlərə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən Mübariz Qurbanlı ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş vermədiyini, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Hans Yoakim Kiderlen bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildirib.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Səyavuş Heydərov, Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi Paul Amann və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova da iştirak edib.