YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçiriləcək “Dəniz kuboku-2017”də 300-ə yaxın şəxsi heyət iştirak edəcək

Bakıda keçiriləcək “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində 300-ə yaxın şəxsi heyət iştirak edəcək.

Bu sözləri iyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin nümayəndə heyətlərinin və hakimlər komissiyasının rəhbərlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.

Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi təşkil olunacaq. Müsabiqə üç mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçiriləcək.

Müsabiqənin məqsədi iştirakçı ölkələrin Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır.