Partiya xəbərləri
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının nümayəndəsi ilə görüşüb
İyulun 25-də YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Sezar Rosello ilə partiyanın mənzil-qərargahında görüşüb.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.