YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Rusiya ilə bizim tarixi əlaqələrimiz var

«Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasətini alqışlayırıq. Bu münasibətlərin dərinləşdirilməsi Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin inkişafında çox mühüm rol oynayıb.

«Bu, tarixin inkar edilməyən səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş əlaqələr mövcuddur. Rusiyada çox güclü diasporumuz fəaliyyət göstərir. Moskvada, Rusiyanın bütün şəhərlərində Azərbaycanın görkəmli alimləri, siyasi xadimləri, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə çalışırlar. Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan uğurlu siyasət yeritmək mümkün deyil. Ölkəmiz qədim mədəniyyəti, bugünkü güclü potensialı, ordusu, iqtisadi gücü ilə fərqlənir və regionun lider dövlətidir. Ümid etmək olar ki, Soçi görüşünün nəticəsi olaraq, Rusiya Azərbaycanın haqq işini daha yaxından dəstəkləyəcək, Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında prinsipial mövqe nümayiş etdirəcək»- deyə, Y.Mahmudov vurğulayıb.