YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı, eyni zamanda, tolerant, dünyaya açıq bir ölkədir

«Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı, eyni zamanda, tolerant, dünyaya açıq bir ölkədir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı, dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlayıb. Onun sözlərinə görə, həmin siyasətin əsas prinsipləri bu gün də aktualdır və ölkəmiz bu möhkəm təməl üzərində öz inkişaf strategiyasını qurub.

«Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər ölkəmizi bütün regionda və dünyada tolerantlıq nümunəsinə çevirib. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə bağlılığından asılıdır. Bizim çox zəngin və gözəl milli-dini, mənəvi-əxlaqi dəyərlərimiz, ailə ənənələrimiz var. Bu, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.