YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

İyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevlə onun xahişi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı səfir Mekan İşanquliyev Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını bildirib.

Türkmənistan səfirini yeni şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirib ki, səfir Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.